Friday, May 6, 2016





                             Biz Gəncə şəhəri Sanatoriya tipli internat məktəbinin
                                                 9-cu sinif şagirdləriyik.
Coğrafiya müəllimimiz bizə Tüstüsüz sənaye-turizm sənayesi haqqında geniş məlumat verdi.Layihənin əsas məqsədi dünyada və Azərbaycanda zərərsiz sənaye sahəsi olan turizm sənayesinin mahiyyəti və inkişaf yollarının araşdırılması idi.Biz torbadan rəngli kağızlardan hazırlanmış dairələri seçdik və eyni rəngi seçənlər bir qrupa toplaşdıq.Təsadüfən bizim qrupun bütün üzvləri qızlar oldu.Müəllim bizim qrupa "Azərbaycanın turizm sənayesi"  mövzusunda araşdirma aparmağı tapşırdı və qrupumuza biz "Gələrsən görərsən" adını verdik.


                                                        Bizim qrupun üzvləri:

                                       
                                             Məmmədova Nurlana  (qrupun rəhbəri)                    

                       Əliyeva Rahidə   Məmişova Şəbnəm Şahnazova Şahnaz  İsmayılova Aytac


  Bizim qrupun işinin əsas məqsədi Azərbaycanın turizm sənayesi haqqında,hansı    regionlarda inkişaf etməsi və potensial imkanların olduğu bölgələri araşdirmaq idi.Qrupun rəhbəri Nurlana ilk öncə qrup üzvləri arasında iş bölgüsü apardı.
Şəbnəm və Nurlana ilk öncə şəhərimizdəki turistlərin gələndə müraciət etdiyi otellerdən bir neçə-sindən məlumat toplamalı idi.
Rahidə və Şahnaz ailələrinin dəstəyi ilə şəhər kənarındakı turizm məkanlarını araşdırmalı idi.
Aytac isə internetdən məlumatlar toplayıb şəkil və videolar yükləməli idi.

                                         Bu araşdırmada qrup uzvlərinə ugurlar arzulayırıq.