Azərbaycan unikal coğrafi, geosiyasi və iqlim xüsusiyyətlərinə malik olan bir zəngin bir regionda yerləşir. Hazırda Azərbaycan Respublikasının ərazisi cəmisi 86, 6 min kv., olmasına baxmayaraq, burada 11 iqlim tipindən 8-i (yarımsəhra və quru çöllər iqlimindən dağ tundra iqliminə kimi) müşahidə olunur. Çöllər safarilər, zirvələr isə alpinistlər, Xəzər dənizi dalğıclar, meşələr və milli parklar ekoturistlər üçün cəlbedici görünür. Bir sözlə, rəngarəng təbiət turizmin bir çox növünün inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Hal-hazırda ölkədə 14 dövlət təbiət qoruğu (Qızılağac, Zaqatala, Türyançay, Pirqulu, Şirvan, Bəsitçay, Qarayazı, İsmayıllı, Qaragöl, İlisu, Şahbuz, Eldar şamı, Palçıq vulkanları qrupu və Korçay), 8 milli park (Ordubad, Şirvan, Ağ göl, Hirkan, Altıağac, Abşeron, Şahdağ və Göy-göl) və 22 yasaqlıq (Qarayazı, Şəki, Laçın, İsmayıllı, Qusar, Qızılca, Qubadlı, Zuvand, Şəmkir, Bərdə, Korçay, Bəndovan, Gil adası, Kiçik Qızılağac, Daşaltı ,Qəbələ, Arazboyu, Qax, Ordubad, Hirkan və Zaqatala) fəaliyyət göstərir. Hazırda milli parklar ölkə ərazisinin 3,1%-ni təşkil edir. Azərbaycan meşələrinin ümumi sahəsi isə 989,4 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,4%-ni təşkil edir. Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, florası və faunası ilə bütün dünyada şöhrət qazanmışdır. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılmışdır. Əhalinin sağlamlığında müalicə əhəmiyyətinə görə özünəməxsus yeri olan mineral su yataqları 200 qrupda cəmlənmiş, onların 1000-dən çox təbii çıxışları qeydə alınmışdır [2]. Azərbaycanın zəngin karbohidrogen ehtiyatları vardır. Geniş yayılmış Naftalan karbonu müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Kəlbəcər rayonundakı İstisu mineral suyu bir sıra parametrlərinə görə məşhur Karlovi Varı sularından üstündür. Naxçıvanın Badamlı, Sirab, Vayxır mineral suları bölgədən kənarda da geniş şöhrət qazanmışdır. Ölkənin ərazisini Xəzər dənizinə doğru əyilmiş nəhəng nimçəyə bənzətmək olar. Bu səbəbdən Azərbaycanın bütün çayları Xəzərə axır. Bəziləri ölkənin başlıca çayı Kürə, bəziləri isə onun ən böyük qolu olan Araza axmaqla, diqqəti cəlb edir. Azərbaycanda 250-dək göl vardır. Meşəli dağlarla əhatələnmiş Göygöl Kəpəz dağının ətəyində, dəniz səviyyəsindən 1.556 m. yuxarıda yerləşir. Dünyada ən böyük göl olan Xəzər dənizi (su səthi 378400 kv. km.-dir) mənşəyinə görə unikaldır və zəngin bioloji variativliyə malikdir. Dəniz faunasının 1.332 növü burda rastlanır. Nərə balığı, somğa, Dunay gümüşçəsi, çapaq, siyənək və s. balıqlar daxil olmaqla, Xəzərdə 111 növ balıq vardır.
Araşdırmaya ilk addımı Şəbnəm və Nurlana başladı.Onlar şəhərimizdəki "Ramada Plaza" mehmanxanası yollandı.
Ramada Plaza Gence Gəncənin mərkəzində müasir ticarət və istirahət zonasında, Gəncə Beynəlxalq Hava limanından 10 dəqiqəlik yolda yerləşir. Otel qədim ipək yolunun əsas hissəsi olan Bakı-Tbilisi şosesində yerləşir və 2010-cu ildə tikilib, ərazisi təxminən 23.000 m2-dir. Bu artıq Azərbaycanda qonaqpərvərlik əlaməti olmuşdur.Ramada Plaza Gence 181 qonaq otağı və Syutları yüksək sürətli ödənişsiz internet ilə sizin lüksunuz və rahatlığınız üçün təklif edir. Bura8 Junior Suite, 15 Corner Suite, 12 Executive Villa, Cavad Xan və Nizami Gəncəvi adına olan nəhəng Nizami Suite daxildir. Bütün otaqlar bizim müştərilərin tətilini asanlaşdırmaq üçün texnologiya və rahatlıqla təmin olunmuşdur. Bizim mehriban işçi heyətimiz və onların yüksək keyfiyyətli fərdi xidməti sizin qalışınızı unudulmaz edəcək. Ramada Plaza Gencedə restoranlar Milli və Aralıq dənizi mətbəxinin geniş seçimlərini edir. Bizim bar & restoranlar siz yeyəcək və içəcəklərin ən yaxşı nümunələrini verəcəkdir. Yorğun bir gündən sonra Fərhad Sağlamlıq klubu özünün sauna, buxar otağı, açıq və qapalı hovuz, idman zalı, masaj xidmət və masaj kafedra, stolüstü tennis, bilyard, vitamin barı ilə sizin istirahətiniz üçün mükəmməl bir məkandır.
Parkda yenidənqurma işlərinə 2012-ci ildə başlanılıb. Heydər Əliyev Parkının girişində möhtəşəm “Zəfər tağı”ı ucaldılıb. Orjinal layihə əsasında inşa olunan bu istirahət ocağında muzey və kafe də fəaliyyət göstərir. Buraya gələn qonaqlar “Zəfər tağı”nın açıq seyrəngahından şəhərin və Heydər Əliyev Parkının mənzərəsini seyr edə bilirlər. Göz oxşayan xiyabanda böyük həcmdə yaşıllaşdırma işləri həyata keçirilmiş və burada istirahət üçün hər cür şərait yaradılıb. Parkda yaradılan süni göl və orijinal şəlalə bu məkana xüsusi gözəllik verir. Bundan başqa, park kompleksində müxtəlif məişət obyektləri, əyləncə mərkəzi, istirahət guşələri və uşaqlar üçün nağıl qəhrəmanlarını canlandıran “Disneyland” əyləncə mərkəzi də fəaliyyət göstərir.
Parkda Gənclər üçün əyləncə mərkəzi və qış parkı da fəaliyyət göstərir.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyev hələ sovet dövründə burada Gəncənin rəmzi sayılan çinar ağacları əkib. Həmin ağaclar parka xüsusi gözəllik verir.
Şəhər kənarındakı istirahət guşələrində araşdırma aparacaq şagirdlər ilk öncə Hacıkənd_Toğana istiqamətinə yollandılar.Buranın füsünkar təbiəti insanı heyran edır.Həm yayı həm qışı çox zövq oxşayır.Burada bir çox istirahət mərkəzləri fəaliyyət göstərir.Həm ölkə daxilindən gələnlər,həm də ölkədən kənar gələn turistlərin sayı ildən ilə artır.Fəaliyyət göstərən otel,restoran,kafe və s.istirahət mərkəzləri hər növ qiymətə görə fərqlənir.Necə deyerlər
Hazırda Azərbaycanda turizm sənayesi üzrə ən öndə gedən region şimal bölgəsidir.
Respublikanın ən gözəl qoruqlarından biri olan "ALTIAĞAC" qoruğu Xızı rayonunda yerləşir. Onun ərazisinin 90 %-i meşələrdən ibarətdir. Bu qoruq Böyük Qafqazın cənub-şərq yamaclarındakı nadir heyvan və bitki növlərini qoruyub saxlamaq və burada baş verən eroziya proseslərinin qarşısını almaq üçün yaradılmışdır. Şirvanşahların hakimiyyəti dövründə salınmış karvan düşərgələrindən biri burada yerləşirdi. "Altıağac" adının mənası isə "6 ağac" sözləri ilə bağlıdır: iş burasındadır ki, "Ağac" sözu qədim uzunluq vahidi olub təxminən 7 kilometrə bərabərdir.
Şimal bölgələrimizə səyahət edən turistlər Şəki şəhərindəki tarixi muzeyə baş çəkməmiş getmirlər.
Şəki şəhərindəki tarixi sənət əsəri, dünya abidələri siyahısına daxil edilmişdir. Qala divarları ilə əhatə olunan bu tikili ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir. Daha əvvəllər "Divanxana" adlanmışdır. Şəki xanlığının 1819-cu ildə ləğv edilməsindən burada şəhər məhkəməsi yerləşdi. Hal-hazırda muzey kimi fəaliyyət göstərir.
Həmçinin şimal bölgəmizdən tursitlərin çox seçim etdiyi mekanlardan biri də Balakən şəhərindəki Heydər Əliyev adına park və orda fəaliyyət göstərən kanatdır.

Araşdırmalarımız zamanı biz turizmin bir növü olan tibbi turizmə də toxunduq.Əbəttə ki,bu mövzuya üz tuturuqsa ilk növbədə Naftalan şəhərini yad etməliyik.
Xüsusən yay aylarında Naftalanda nəinki Azərbaycanın digər bölgələrindən, eləcə də bir çox xarici ölkələrdən gələnləri görmək olar. Bura ənənəvi olaraq daha çox Rusiya, Polşa, Almaniya, Fransa, İran, Türkiyə, Filippin və başqa ölkələrdən şəfa tapmağa gələnlər var. Bu insanları bura gətirən isə təbii ki, Naftalan neftinin dünya şöhrətli müalicəvi əhəmiyyətidir. Naftalan nefti dünyada analoqu olmayan unikal müalicə vasitəsi sayılır və bu sərvət yalnız Azərbaycana məxsusdur.
Bura gələnlər də Naftalan nefti və onun əsasında hazırlanan məlhəmlərlə müalicə alırlar. Naftalan nefti yaraların, dəri, sinir, uroloji və ginekoloji xəstəliklərin, həmçinin qaraciyər, oynaqların və oynaq ətrafındakı yumşaq toxumaların, dayaq-hərəkət aparatının müalicəsi üçün çox səmərəli vasitədir.
Qafqaz Yengicə Hotel müasir standartlara cavab verən unikal istirahət və rekreasiya mərkəzidir.Bu otelin unikallığı ərazidə yerləşən müalicəvi su mənbəyidir. Tarixi araşdırmalar kimyəvi və tibbi testlər bu mineral suyun yüksək dərəcədə müalicəvi bərpaedici təsirini sübut etmişdir.Qəbələ rayonunun Yengicə kəndində yerləşən mineral su mənbəyi qədim zamanlardan yerli əhali tərəfindən müalicə məqsədilə istifadə olunur. Buna əlavə olaraq otelimizdə Naftalan nefti ilə müalicə prosedurları mövcuddur.Qafqaz Yengicə Hotel Naftalan neftinin mineral suyun şəfaverici xüsusiyyətlərini və müasir standartlara əsaslanan otelçilik ənənələrini Sizin xidmətinizə təqdim edir.
No comments:
Post a Comment