Prezident İlham Əliyev Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu vurğulayıb: “Təbii ki, neft-qaz sektorumuz inkişaf edir. Bu yaxınlarda tarixi hadisə baş verib. Bundan sonra onilliklər, bəlkə də 100 ildən artıq bir müddətdə Azərbaycan öz enerji resurslarını dünya bazarlarına çıxaracaq və bundan biz gəlir əldə edirik. Ancaq biz çalışmalıyıq ki, xidmət, qeyri-neft, sənaye sektorları və turizm inkişaf etsin. Turizm daimi gəlir mənbəyidir. Sadəcə, infrastruktur olmalıdır. Yollar, aeroport, əlbəttə ki, bütün digər infrastruktur layihələri - su, kanalizasiya, qazlaşdırma, elektrik enerjisi, otellər və yüksək xidmət”, deyə dövlət başçısı qeyd edib.
Fikrimizcə, turizm sektorunun investisiya cəlbediciliyinin və onun tədqiq edilməsi ölkə iqtisadiyyatında formalaşmış investisiya mühiti ilə əlaqəli şəkildə baxılmalıdır.
Ölkədə turizm sektorunun son illərdə inkişafında bu sektorun özü ilə yanaşı əlaqədar sahələrin də mühim rolu olmuşdur. Belə ki, turizm elə bir biznes sahəsidir ki, onun rəqabətqabiliyyətliliyi məhz həmin sahələrin (bəzi rəylərə görə bu sektorların sayı 30-dan çoxdur) birbaşa təsiri altında formalaşır. Başqa sözlə sinerjiyə açıq olan turizm sektoru əslində digər alt-sektorların təsiri ilə rəqabətqabiliyyətliliyini müəyyən edir.
Azərbaycanda turizmin necə gəlirli bir sahə olduğunu Mədəniyyət və turizm naziri Ə.Qarayev də bildirib:
10 il müddətində bu sahəyə göstərdiyi diqqətə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edən Ə.Qarayev qeyd edib ki, Azərbaycanda 10 il əvvəllə müqayisədə yalnız mədəniyyət və turizm sahəsi inkişaf etməyib: "Bu müddətdə Azərbaycanda bütün sahələr inkişaf edib, ölkənin nüfuzu beynəlxalq səviyyədə artıb. Düzdür, 10 il çox vaxt deyil. Amma bu sahədə çalışan insanlar üçün bu 10 il böyük tarixə çevrilib".
Ə.Qarayev ötən 10 il ərzində Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinin inkişafı üşün əvəzedilməz işlər görüldüyünü də deyib: "Mən şəxsən Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya bu dəstəyə görə təşəkkür edirəm".
Ə.Qarayev deyib ki, bu gün Azərbaycan muzeyləri yeni mərhələyə gəlib çatıb: "Biz heç vaxt düşünmürdük ki, Azərbaycan muzeyləri Avropanın ən yaxşı muzeyləri sırasına daxil ola bilər. Bu gün yalnız mədəniyyət sahəsində deyil, turizm sahəsində də irəliləyişlər olub. Bu gün artıq ölkəyə il ərzində xaricdən 2,5 milyon nəfər gəlir. Ölkədəki mehmanxanaların sayı 530-a çatıb".
Ə.Qarayev əlavə edib ki, nazirliyin aparatında çalışan 30 nəfərə yaxın əməkdaş dövlət tərəfindən müxtəlif adlarla mükafatlandırılıb.
Yekun nəticə olaraq biz Azərbaycanın turizm sənayesinin inkişaf etdiyi bölgələri,tursitlərin ən çox üz tutduğu otel və restoranlar haqqında məlumat aldıq və turizmin necə gəlirli bir sənaye sahəsi olduğunu araşdırdıq.
No comments:
Post a Comment